














Московский университет «Синергия» (Moskva Sinerqiya Universiteti) – Rusiyanın ən böyük özəl universitetlərindən biridir. 1995-ci ildə təsis olunub və bu gün Moskvanın aparıcı qeyri-dövlət ali məktəblərindən sayılır.
Universitetdə biznes, menecment, iqtisadiyyat, hüquq, informasiya texnologiyaları, dizayn, psixologiya və digər ixtisaslar üzrə bakalavr, magistr və MBA proqramları təklif olunur.
“Sinerqiya” beynəlxalq əməkdaşlığa da böyük diqqət yetirir – tələbələr müxtəlif ölkələrin universitetlərində təcrübə və mübadilə proqramlarında iştirak edə bilirlər. Təhsil həm əyani, həm də qiyabi (onlayn daxil olmaqla) formalarında mümkündür.
