Северо-Кавказский федеральный университет,Şimal-Qafqaz Federal Universiteti — Stavropol şəhərində yerləşən federal universitetdir. 2012-ci ildə Şimal-Qafqaz Dövlət Texniki
Universitetinin bazasında Stavropol Dövlət Universiteti və Pyatigorsk Dövlət Humanitar-Texnoloji Universitetinin birləşdirilməsi ilə yaradılmışdır. 1980-ci ildə, 50 illiyini qeyd edərkən pedaqoji kadrların hazırlanması və beynəlxalq tərbiyə sahəsindəki böyük xidmətləri üçün institut “Xalqlar Dostluğu” ordeni ilə təltif edildi. Universitetin strukturunda 5 institut, 8 fakültə, Stavropol şəhərində 2 ali məktəb və Pyatigorsk və Nevinnomıs şəhərlərində 2 institut (filial) mövcuddur.
Təhsil Prosesi Elmi-pedaqoji işçilərin sayı 1,4 min nəfəri keçir.
Tələbələrin sayı 24,5 min nəfərdir.Mart 2020-ci ildə universitet dövlət təhsil proqramları akkreditasiyasından keçdi.158 ali təhsil istiqaməti və ixtisası, 18 ixtisas və 2 orta peşə təhsili sahəsi, həmçinin 500-dən çox əlavə təhsil proqramı həyata keçirilir.